Dünya

“Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik” – Macarıstan XİN başçısı

“Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik” – Macarıstan XİN başçısıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici İşlər naziri Ceyhun Bayramov ilə Azərbaycanda işgüzar səfərdə olan Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto arasında görüş keçirilib.

DiasporPress.az  xəbər verir ki, nazirlər arasında ikitərəfli formatda başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş formatda davam edib. Bölgədəki yaranmış vəziyyətlə bağlı narahatlığını bildirən macar Xarici İşlər naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Macarıstanın mövqeyinin bəlli və dəyişilməz olduğunu, Macarıstanın Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini vurğulayıb.

Beynəlxalq ictimaiyyətin sərgilədiyi ikili standartlara gəldikdə isə  bu yanaşmanın Macarıstan tərəfindən də müşahidə edildiyini qeyd edən nazir Peter Siyarto  Macarıstan xarici siyasətinin əsasında məhz qarşılıqlı hörmət prinsipinin durduğunu qeyd edib.