Karantindən sonra Azərbaycanda ilk futbol qarşılaşması keçirilib.
DiasporPress.az xəbər verir ki, görüş Masazırda yerləşən stadionda baş tutub.
Burada meydan sahibi “Sabah” klubu yoxlama görüşündə “Qarabağ”la gücünü sınayıb.
Matç Ağdam komandasının rəqibini darmadağın etməsi ilə nəticələnib – 5:0. Artıq üçüncü dəqiqədə hesabın açıldığı matçda qolları Mahir Emreli (2), ispaniyalı Xayme Romero, xorvatiyalı Filip Ozobiç və qanalı Ovusu Kvabena vurub.
Oyuna əlavə olunmuş dəqiqədə “Sabah”ın xorvat əsilli bosniyalı yarımmüdafiəçisi qırmızı vərəqə ilə meydandan qovulub.
Qeyd edək ki, Azərbaycanda futbol yarışları martın 13-dən dayandırılıb. İyunun 21-də Azərbaycan Premyer Liqasının bərpasına qərar verilib.
DiasporPress.az