“Mart ayının 21-dən metil spirti içən doqquz nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib”.
Bu barədə məlumatı TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva verib.
“Zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərdən dördü ölüb, beşin isə vəziyyəti stabildir”, – R.Əliyeva qeyd edib.
Qeyd edək ki, martın 21-dən 30-dək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə metil spirti zəhərlənməsi diaqnozu ilə doqquz xəstə müraciət edib. Zəhərlənənlərdən dördü ölüb.
DiasporPress.az