Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.
DiasporPress.az-ın məlumatına görə, bununla bağlı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, general İsrayıl Məhərrəm oğlu Əliyev vəzifəsindən azad edilib.
O, FHN-nin Bakı Regional Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb.
Nazirin digər əmri ilə Bakı Regional Mərkəzinin sabiq rəisi, polkovnik Hikmət Mərdan oğlu Abbasov Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi təyin edilib.
DiasporPress.az