“Şimal və cənub zonalarında koronavirusa yoluxmalar sərhədlərdən keçən həmvətənlərimizin xəstəliyi özləri ilə gətirməsi nəticəsində olub”.
DiasporPress.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
O qeyd edib ki, Rusiyadan Azərbaycana gələn vətəndaşlarımızın əksəriyyətində koronavirus testləri pozitiv olub:
“Cənub zonasında yoluxma əsasən, İrandan gələn vətəndaşlarda aşkar edilir. Lənkəran və Cəlilabad zonasında koronavirusa bu kimi yoluxma halları baş vermişdi. Zaman-zaman ocaqlar ortaya çıxır. Salyanda da dünən bu, meydana çıxmışdı”.
DiasporPress.az