Ölkə

Azərbaycanda institut direktoru vəfat etdi – FOTO

TƏBİB-in Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Əlişir Musayev vəfat edib.

Azərbaycanda institut direktoru vəfat etdi – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB-in Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Əlişir Musayev vəfat edib.

DiasporPress.az xəbər verir ki, Ə.Musayev 71 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, Əlişir Veys oğlu Musayev 1949-cu ildə Gürcüstanın Başkeçid rayonunun Qızılkilsə kəndində anadan olub.

Ə.Musayev ATU-nun fizioterapiya və tibbi reabilitasiya kafedrasının müdiri, tibb emləri doktoru, professor, Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olub.

2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.