Ölkə

Azərbaycanda iki nəfərin öldüyü qəzanın səbəbkarı tutuldu

Masallıda iki nəfərin ölümü ilə nəticələnən qəzanı törədərək, hadisə yerindən qaçan sürücü müəyyən olunaraq istintaqa cəlb olunub.

Azərbaycanda iki nəfərin öldüyü qəzanın səbəbkarı tutuldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallıda iki nəfərin ölümü ilə nəticələnən qəzanı törədərək, hadisə yerindən qaçan sürücü müəyyən olunaraq istintaqa cəlb olunub.

DiasporPress.az xəbər verir ki, bu barədə Masallı Rayon Polis Şöbəsi və Prokurorluğunun birgə yaydığı məlumatda qeyd olunub.

Masallı rayon polis və prokurorluq əməkdaşları tərəfindən aprelin 22-də saat 13 radələrində rayonun Ərkivan qəsəbəsi ərazisində üç avtomobilin toqquşması nəticəsində iki nəfərin vəfat etməsi, iki nəfərin isə yaralandığı hadisə ilə bağlı Masallı Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Kia Sorento” markalı 90-ZR-590 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Zaman Qasımzadə tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozmaqla törədilməsinə, daha sonra onun hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Z.Qasımzadə Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyət hadisəsi yerindən qaçma) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

DiasporPress.az