Gəncədə baş vermiş güclü külək nəticəsində qırılan elektrik xətlərinin hazırda bərpası aparılır.
Bunu Oxu.Az-a açıqlamasında “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
Onun sözlərinə görə, ötən gün axşam saatlarında iri gövdəli çinar ağacı elektrik xətlərinin üzərinə düşüb:
“Nəticədə, Gəncə və Şəmkir bölgəsinin bir neçə ərazisində elektrik xətlərinə ciddi ziyan dəyib. Bu gün saat 12:00-a kimi problem aradan qaldırılacaq”.
“Bakıda və digər bölgələrdə işıqla bağlı heç bir problem yoxdur”, – deyə T.Mustafayev qeyd edib.
Xatırladaq ki, ötən gün axşam saatlarında Gəncədə başlayan güclü külək nəticəsində şəhərin bəzi ərazilərində irigövdəli ağaclar aşaraq elektrik və qaz xətlərini sıradan çıxarıb.
DiasporPress.az