Masallı rayonunda “Niva” aşıb.
Qafqazinfo-nun verdiyi xəbərə görə, hadisə rayonun Güllütəpə kəndində baş verib.
“Niva” markalı avtomobillə Yardımlı rayonuna gedərkən dağa qalxanda maşın aşaraq sıldırımdan dərəyə yuvarlanıb.
Qəza nəticəsində sürücü, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Şirəliyev Seymur Vidadi oğlu, onun arvadı, 1998-ci il təvəllüdlü Aslanova Rəna Əyyar qızı xəsarət alıb.
S.Şirəliyevin anası Sərvinaz Şirəliyeva, qardaşı arvadı, 1993-cü il təvəllüdlü Quliyeva Könül Cəmil qızı və onun bir övladı vəfat edib. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, sözügedən ailə Yardımlıya elçilik məqsədilə gedirmiş.
DiasporPress.az