Azərbaycanda dəhşətli qəza: Beş nəfər öldü, yaralılar var – FOTO

Azərbaycanda dəhşətli qəza: Beş nəfər öldü, yaralılar var – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Şamaxı avtomagistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Müşfiqabad qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, “Saipa” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə, beş nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ölənlər “Saipa”nın sürücüsü və sərnişinləri olub.