Azərbaycanda dəhşət: Qardaş bacısını boğaraq öldürdü – FOTO

Azərbaycanda dəhşət: Qardaş bacısını boğaraq öldürdü – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı rayonunda 19 yaşlı oğlan 17 yaşlı bacısını boğaraq öldürüb.

Qafqazinfo-nun məlumatına görə, hadisə mayın 15-i, saat 16 radələrində rayonun Çaxırlı kəndində baş verib.

2001-ci il təvəllüdlü Gözəlov Rafiq Rauf oğlu bacısı, 2003-cü il təvəllüdlü Məmmədrzayeva Könül Rafiq qızını yatdığı yerdə iplə boğaraq öldürüb.

Məlumata görə, K.Məmmədrzayeva mayın 9-da evdən çıxaraq Bakıya gedib. Anası mayın 11-də qızının itkin düşməsi barədə polisə məlumat verib. Qız mayın 12-də evlərinə qayıdıb. Lakin bu vaxt anası “darıxıb, Sumqayıta xalasıgilə gedibmiş” deyərək, rəsmilərə şikayəti olmadığını bildirib.

Qızın atasının ruhi xəstə olduğu bildirilir, qızının meyitini də ilk o tapıb. Daha sonra kənd camaatı hadisə yerinə yığılıb. Qız yatağında uzanılı vəziyyətdə, üstü də yorğanla örtülü olub. İlk olaraq qızın özünü asdığı deyilib. Daha sonra məlum olub ki, qardaşı Rafiq artıq polis şöbəsinə gedərək təslim olub və bacısını iplə boğaraq öldürdüyünü etiraf edib.

Faktla bağlı araşdırma aparılır.