Azərbaycanda daxili turizmin inkişaf perspektivlərinə dair yeni konsepsiya hazırlanıb

Azərbaycanda daxili turizmin inkişaf perspektivlərinə dair yeni konsepsiya hazırlanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Turizm Assosiasiyası (AzTA) “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri” konsepsiyasını hazırlayıb.

AzTA-dan  verilən məlumata görə, karantindən sonrakı və postpandemiya dövründə daxili turizmin inkişafını sürətləndirən amillərdən bəhs edən konsepsiyada vəziyyətdən çıxış yolları üçün konkret təkliflər göstərilir.

Konsepsiya Azərbaycanda 2025-ci ilədək daxili turizmin inkişafının strateji məqsəd və vəzifələrini müəyyən edir. Konsepsiya Azərbaycanın turizm potensialının qiymətləndirilməsinə əsaslanıb. Konsepsiya ölkədə turizm sahəsinin inkişafının hüquqi, təşkilatı və iqtisadi mühitinin yaranmasına istiqamətlənib. Konsepsiya Azərbaycanda daxili turizmin inkişafını müəyyən edən sənəd olmaqla, gələcək planların, proqram və müxtəlif layihələrin həyata keçirilməsinə xidmət göstərə bilər.

 

DiasporPress.az