Azərbaycanda daha bir icra başçısının müavini koronovirusa yoluxub.
Bunu Oxu.Az-a açıqlamasında Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov bildirib.
Onun sözlərinə görə, Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşlarından koronavirusa görə test nümunələri götürülüb:
“Onlardan, sadəcə, icra başçısının birinci müavini Ceyhun Həsənovun testin nəticələri müsbət çıxıb. Onda koronovirus asimptomatik şəkildə müşahidə olunub və hazırda evdə nəzarətdədir. Ailə üzvlərindən kimdəsə test nəticələri müsbət çıxmayıb”.
İ.Zeynalov qeyd edib ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçıess.azsı Məhərrəm Quliyevin test nəticələrinin müsbət olması barədə rəsmi məlumat yoxdur.
Qeyd edək ki, bir neçə gün əvvəl Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Əliyev də koronovirusdan vəfat edib.
DiasporPress.az