Azərsu” ASC-nin Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov koronavirusdan vəfat edib.
DiasporPress.az xəbər verir ki, ölkədə koronavirus pandemiyasına görə yaşı 65 yuxarı olan şəxslərin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar Q.Abbasov məzuniyyətdə olub.
Koronavirusa yoluxan Q.Abbasov bir müddətdir ki, müalicə alırdı. Lakin aparılan müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı Diasporpress.az-a təsdiq edib.
DiasporPress.az