“Bu gün koronavirusdan vəfat edənlərdən biri – 1962-ci il təvəllüdlü şəxs Gəncə Şəhər Xəstəxanasının həkimidir”.
DiasporPress.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, həkimin yanaşı xəstəlikləri olub:
“O, aprelin 30-da Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Göstərilən cəhdlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”.
DiasporPress.az