“Martın 31-dən saat 00:00-da koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı növbəti tədbirlər həyata keçirilib. Vətəndaşların özünütəcrid üçün şərait yaradılıb”.
DiasporPress.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda əlavə 41 yoluxma var:
“Səkkiz nəfərin vəziyyəti ağırdıR, 11 orta ağırdır və digərlərinin vəziyyəti stabildir”.
DiasporPress.az