“Azərbaycanda koronavirus pandemiyasına (COVID-19) yoluxanların sayı 19 nəfərdir”.
DiasporPress.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyində koronavirus pandemiyasına (COVID-19) qarşı Azərbaycan hökumətinə cavab və hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün gəlmiş missiyanın yekunlarına dair keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.
O qeyd edib ki, onlardan üç nəfəri sağalıb:
“Onlar İran və İtaliyadan gələn şəxslərdir”.
DiasporPress.az