Şabran rayonunda kişi dəm qazından boğularaq ölüb.
DiasporPress.az xəbər verir ki, hadisə rayonun Ağbaş kəndində qeydə alınıb.
Kənd sakini – 1974-cü il təvəllüdlü Müşfiq Quliyev əmisi oğlu Daşdəmir Quliyevə məxsus evin hamam otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
DiasporPress.az