Gürcüstandan daha beş Azərbaycan vətəndaşı Vətənə təxliyyə olunur.
Bu barədə Report-a Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.
Həmin şəxslər Tbilisiyə Hindistandan aviareyslə gəliblər. Səfirlik əməkdaşları onları hava limanında qarşılayıb. Hazırda Azərbaycan vətəndaşları xüsusi ayrılmış mikroavtobus vasitəsilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılıb.
Azərbaycan ərazisinə daxil olan kimi həmin şəxslər TƏBİB tərəfindən karantinə alınacaq.
DiasporPress.az