Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Boris Consonla bağlı “Twitter” hesabında paylaşım edib:
“Baş nazirə tezliklə şəfa diləyirik. Düşüncələrimiz və dualarımız onunla və COVID-19-la mübarizə aparanlarladır”.
Qeyd edək ki, koronavirusa yoluxan Böyük Britaniyanın Baş naziri Boris Conson vəziyyəti ağırlaşdığı üçün reanimasiya şöbəsinə yerləşdirilib.