Energetika naziri Pərviz Şahbazov neft hasilatının azaldılmasına dair OPEC+ sazişinə qoşulan ölkələrin sayının genişləndirilməsi ilə bağlı çağırış edib.
Bu barədə TASS agentliyi məlumat yayıb.
“Neft bazarındakı sabitlik bütün iştirakçıların maraqlarına cavab verir. Bu baxımdan, digər istehsalçı ölkələrin OPEC+ formatına cəlb edilməsini vacib sayıram”, – deyə nazir “Valday” Beynəlxalq Diskussiya Klubunun konfransında qeyd edib.
P.Şahbazov əlavə edib ki, Azərbaycan OPEC+ sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə davam etmək niyyətindədir.
“Azərbaycan öhdəliklərə sadiqliyini təsdiqləyir və neft bazarında sabitliyin təmin olunmasında fəal rol oynamağa davam edəcək”, – deyə P.Şahbazov vurğulayıb.
P. Şahbazov hesab edir ki, neftə olan tələbatın böhrandan əvvəlki səviyyədə bərpası ən azı iki il çəkə bilər