Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Respublikanın əməkdar mədəniyyət işçisi Şirin Həsən oğlu Rzayev ömrünün 77-ci ilində vəfat edib.
Qeyd edək ki, Şirin Rzayev 1942-ci il aprelin 25-də Gəncə şəhərində anadan olub.
1968-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) xor-dirijorluğu fakültəsini bitirib.
1968-1969-cu illərdə Konservatoriyada müəllim, 1969-1974-cü illərdə isə Gəncə orta ixtisas musiqi məktəbinin direktoru və xor-dirijoru müəllimi kimi fəaliyyət göstərib.
1969-cu ildə Gəncədə ilk dəfə simfonik orkestr yaradan Şirin Rzayev 1980-ci illərin sonunadək onun baş dirijoru kimi fəaliyyət göstərib.
Bu xəbəri Unikal.org saytı yayıb.
DiasporPress.az