Ölkə

Azərbaycan Kaxetiyə ərzaq yardımı göstərib

Azərbaycan Kaxetiyə ərzaq yardımı göstəribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə Kaxeti bölgəsinə ərzaq yardımı çatdırılıb.

DiasporPress.az xəbər verir ki, 200 ərzaq qutusu Azərbaycan səfiri Dursun Həsənovun iştirakı ilə bölgə qubernatoru İrakli Kadaqişviliyə təqdim olunub.

Bölgə rəhbəri dost dəstəyi və humanitar yardıma görə Azərbaycan hökumətinə, xalqına və Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinə təşəəkür edib.

Qida məhsulları Kaxeti bölgəsi üzrə əhalinin həssas qruplarına daxil olan ailələrə paylanılacaq.

Qeyd edək ki, yardım kampaniyası Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) maliyyə dəstəyi ilə həyata keçirilib. Bundan öncə yardım Tbilisi və Rustavi şəhərləri, Marneuli, Bolnisi, Qardabani rayonlarına çatdırılıb. Kampaniya 1000-dən çox ailəni əhatə edib.

DiasporPress.az