Ölkə

Azərbaycan əhalisinin sayı açıqlandı – Hər 1000 kişiyə 1002 qadın düşür

Azərbaycan əhalisinin sayı açıqlandı – Hər 1000 kişiyə 1002 qadın düşürbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda əhalinin sayı açıqlanıb.

DiasporPress.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib.

2020-ci ilin əvvəlinə Azərbaycanda əhalisinin sayı 10 milyon 67 min 100 nəfər təşkil edib. Əhalinin 5 milyon 28 mini kişilər, 5 milyon 39 min 100-ü qadınlardır. Hər 1000 kişiyə 1002 qadın düşür.

Ölkədə əhalinin ümumi sayından 22,4 faizi 0-14 yaşda, 70,4 faizi 15-64 yaşda, 7,2 faizi isə 65 və yuxarı yaşda olanlardır.

Əhalinin 24 faizini 14-29 yaşda olan gənclər təşkil edir.

DiasporPress.az