Azərbaycan çempionatında çıxış edən idmançı narkoticarətə görə həbs olundu

Azərbaycan çempionatında çıxış edən idmançı narkoticarətə görə həbs olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Basketbol üzrə Azərbaycan çempionatında çıxış edən Moldova millisinin üzvü Nikolay Kojuxar həbs olunub.

DiasporPress.az xəbər verir ki, 28 yaşlı basketbolçu mayın 11-də olduğu ünvanda 100 min avroluq narkotik bitki olan kannabis (anaşa, xaşxaş) yetişdirməkdə, satmaqda və ya tədarük etməkdə ittiham olunur.

Kojuxarın vəkili Patrik Martin məhkəmə iclasında müştərisinin Azərbaycanda peşəkar basketbol komandasında oynadığını bildirib. Onun girov müqabilində azad edilməsi barədə vəsatət rədd edilib.

Qeyd edək ki, bu cinayət işi üzrə həbs olunmuş üç nəfərin (digərləri litvalılar – 38 yaşlı Eqidiyus Youdiskis və 43 yaşlı Linas Arsulis) növbəti məhkəməsi mayın 20-də keçiriləcək.

 

DiasporPress.az