Məşhur futbolçu Arda Turanla məhkəmə çəkişməsində aylıq gəlirinin 1 000 türk lirəsi (240 manat) olduğunu açıqlayan türkiyəli məşhur müğənni Berkay Şahin yeni aldığı lüks avtomobili ilə gündəmə damğasını vurub.
DiasporPress.az xəbər verir ki, 2 milyon 200 min türk lirəsi (528 min manat) qiyməti olan “Bentley” avtomobilini satan pop-ulduz yeni cipi ilə paparazzilərin obyektivinə tuş gəlib.
Bundan bir müddət sonra Berkay 2 milyon 600 min türk lirəyə (624 min manata) aldığı “Mercedes Gelandewagen” markalı cipi ilə İstanbul küçələrində şütüyüb.