Ötən gün muzey statusu ləğv olunaraq, məscid elan olunan İstanbulun məşhur Aya Sofya məbədinin divarlarına çəkilmiş ikona təsvirlərinin taleyinə aydınlıq gətirilib.
“HaberGlobal”ın məlumatına görə, insan təsvirləri olan ikonalar üçün açılıb-bağlanan xüsusi pərdələr düzəldiləcək.
İnsan təsviri olmayan mozaikaların örtülməsi isə müzakirə mövzusu deyil.
Qeyd edək ki, hazırda Aya Sofya məscidində 10-dan çox ikona və dini simvollar var.
DiasporPress.az