Dünya

Avstraliya KİV: “ABŞ-da polislər jurnalistləri qəsdən təqib edib”

Avstraliya KİV: “ABŞ-da polislər jurnalistləri qəsdən təqib edib”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliya KİV birliyi ABŞ-da polislərin jurnalistləri qəsdən təqib etdiyini açıqlayıb.

TASS bu barədə Avstraliya Kütləvi İnformasiya Alyansının (MEEA) məktubuna istinadla xəbər yayıb.

Məktub Xarici İşlər naziri Maris Peynə, ABŞ-ın Avstraliyadakı səfiri Artur Kulvahausa və Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibi Entoni Bellancerə göndərilib.

Məktubda ABŞ polisinin jurnalistlərə aqressiv davranışı qınanılıb:

“MEAA və Avstraliyanın peşəkar jurnalistlər birliyi son 48 saatda ABŞ-da jurnalistlərə qarşı edilən hücumlara sərt etiraz edir. Cümə və şənbə günləri etiraz aksiyaları zamanı jurnalistlərə qarşı 60-dan çox hücum qeydə alınıb”.

Avstraliya KİV birliyi qeyd edib ki, jurnalistlərə hücum Donald Tramp, onun administrasiyasının əməkdaşları, həmçinin Respublikaçılar partiyasının üzvlərinə ünvanlanan şərhlərlə əlaqədar olaraq törədilib.

Qeyd edək ki, ABŞ-da afroamerikalı Corc Floydun öldürülməsindən sonra iğtişaşlar başlayıb.

 

DiasporPress.az