Bəzi Avropa ölkələrində artıq futbol çempionatlarının bərpa olunma və ya başlanma tarixi bəlli olub.
DiasporPress.az xəbər verir ki, artıq Türkiyə Super Liqasının iyunun 12-də başlayacağı dəqiqdir.
Həmçinin Macarıstan, Polşa, Xorvatiya çempionatlarının da bərpa olunma tarixləri bəllidir. Çempionat Macarıstanda mayın 23-də, Polşada mayın 29-da, Xorvatiyada isə mayın 30-da bərpa olunacaq.
Həmçinin çempionatları yaz-payız sistemi ilə keçirilən şimal ölkələrinin futbol birinciliklərinin də nə vaxt başlanmasına aydınlıq gəlib. Farer Adalarında mayın 9-da, İsveçdə iyunun 14-də və Finlandiyada iyulun 1-də çempionatın yeni mövsümü start götürəcək.
Qeyd edək ki, ölkəmizdə karantin mayın 31-dək uzadılıb deyə, Azərbaycan Premyer Liqasının hansı tarixdə bərpa olunacağı bilinmir.
DiasporPress.az