Avropa İnsan Haqları Məhkəməsi (AİHM) UEFA-nın sabiq prezidenti Mişel Platininin futboldan 4 il müddətinə kənarlaşdırılması ilə bağlı cəzaya etirazına hüquqi qiymət verib.
DiasporPress.az AİHM-ə istinadən xəbər verir ki, qurum keçmiş futbol funksionerinin etirazını rədd edib.
Məhkəmədən verilən açıqlamada veteran futbolçunun cəzasında insan hüquqlarının pozulması halına rast gəlinmədiyi bildirilib.
Qeyd edək ki, Mişel Platini 2011-ci ildə FİFA-nın keçmiş prezidenti Yozef Blatterdən 2 milyon İsveçrə frankı (3,46 milyon manat) aldığı üçün ali futbol qurumunun etik qaydalarını pozub və buna görə 8 il müddətinə futboldan diskvalifikasiya olunub. Daha sonra İdman Arbitraj Məhkəməsi cəza müddətini 4 ilə endirib. O, bundan sonra İsveçrə Federal Məhkəməsinə müraciət etsə də, etirazı təmin edilməyib.
DiasporPress.az