Dünya

Avropa alimləri koronavirusa qalib gələn anticisimlər yaratdılar

Avropa alimləri koronavirusa qalib gələn anticisimlər yaratdılarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada alimlər laboratoriya təcrübələri çərçivəsində 47D11 kimi tanınan anticisimlər yaradıblar.

“Nature Communications” jurnalında dərc olunan araşdırmada bildirilir ki, bu anticisimlər nəinki COVID-19-a, hətta SARS-a da qalib gələ bilir.

Alimlər insanın immun hüceyrələrini istehsal edən zülallar sintez edə biliblər. Belə antikorlar müəyyən patogenoin yerini tanıyır və ona təsir göstərir.

Utrext Universitetində niderlandlı və alman alimlər tərəfindən professor Berend-Yan Boşun rəhbərliyi ilə aparılan təcrübədə qeyd olunduğu kimi, yeni kəşf hələ dərman hazırlanmasında tətbiq oluna bilməz, çünki antikor əvvəlcə heyvanlarda və insanlarda sınaqdan keçirilməlidir. Ancaq həmin anticisim gələcəkdə infeksiyanın inkişafının qarşısını ala və ya COVID-19-a yoluxanları müalicə edə, həmçinin koronavirusla əlaqəli və ya səbəb olan xəstəliklərin öhdəsindən gələ bilər.

 

DiasporPress.az