Meksikanın Gerrero ştatında jurnalistin başını kəsərək Akapulkonun yaxınlığında məktəbin yanına atıblar.
TASS regionun prokurorluğuna istinadən bildirir ki, öldürülən şəxsin “Punto por punto” internet portalının direktoru Viktor Alvares Çaves olduğu məlum olub.
Jurnalistin aprelin 2-də yoxa çıxdığı qeyd edilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qətli törədənlərin axtarışlarına başlayıblar.