Azərbaycan Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı İstanbul Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlunun anasının vəfatı ilə bağlı başsağlığı verib.
ATEV sədrinin başsağlığı ismarıcında deyilir:
“Hörmətli Səfər bəy məhrum ananızın vəfatı məni dərindən kədərləndirdi. Sizə, doğmalarınıza və yaxınlarınıza dərin hüznlə başsağlığı verirəm. Məhrum ananıza uca tanrıdan rəhmət sizlərə səbr arzulayıram.
Allah rəhmət eləsin”.
DiasporPress.az