Gələn mövsümdən etibarən Ermənistan, Qazaxıstan və Qırğızıstandan olan futbolçular Rusiya Çempionatında legioner sayılmayacaq.
“Sputnik”in məlumatına görə, Rusiya Futbol Federasiyası yeni qərarını bu gün açıqlayacaq.
Qeyd edək ki, hazırda Rusiya Premyer Liqasının “limiti” komandanın meydana maksimum altı əcnəbi futbolçu buraxmağa imkan verir.
2019-cu ildən belaruslar legioner hesab olunmur. Yeni ildən etibarən isə Avrasiya İqtisadi Birliyinə daxil olan digər futbolçular “əcnəbi” sayılmayacaq.
DiasporPress.az