Ölkə

ARDNF-in Müşahidə Şurasına yeni üzv təyin edilib

ARDNF-in Müşahidə Şurasına yeni üzv təyin edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasında Milli Məclisi təmsil edəcək üzv kimi parlamentin sədr müavini Adil Əliyev təyin edilib.

Fonddan verilən məlumata görə, A.Əliyev 2005-2020-ci illər üzrə Milli Məclisin III, IV, V və VI çağırış deputatıdır. O, 10 mart 2020-ci il tarixində Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və İdman Komitəsinin sədri seçilib.

Milli Məclisin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin və Azərbaycan-Qazaxıstan parlamentlərarası dostluq qrupunun rəhbəri, 2009-cu ildən Müstəqil Dövlətlər Birliyinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavinidir. Daha əvvəl A.Əliyev Azərbaycanın daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 9 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, ARDNF-in Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.

Sənədə görə, ARDNF-in Müşahidə Şurasının yeni tərkibinə Baş nazir, Milli Məclis sədrinin müavini, Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Maliyyə naziri, İqtisadiyyat naziri və Mərkəzi Bankın sədri daxildir.

 

DiasporPress.az