Ölkə

AQTA qaydaları pozan 84 obyekti aşkarladı – FOTO

AQTA qaydaları pozan 84 obyekti aşkarladı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Agentlikdən verilən məlumata görə, AQTA əməkdaşları tərəfindən 8 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 47 ictimai iaşə obyekti, 111 ərzaq satışı mağazası olmaqla ümumilikdə 158 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 84-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır:

Bakı şəhəri üzrə:

“Adore”, “M5”, “Araz supermarket” (M.Hadi küçəsi), “Araz supermarket” (Gəncə prospekti 135), “Araz supermarket” (Gəncə prospekti 26), “Araz supermarket” (R.Əlicanov küçəsi 17), “Araz supermarket” (S.Cəfərov küçəsi), “Araz supermarket” (General Şıxlinski 29/42A), “Azcake”, “Üç qoca”, “Ecomart” marketlər, Əhmədov Nicat Kərim oğluna, Yusifli Ramin Yusif oğluna, Abdurəhimov Elşad Yamin oğluna məxsus ərzaq mağazaları.

Digər şəhər və rayonlar üzrə:

Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Araz supermarket”, Mikayılova Gülgəz Fərhad qızına məxsus təndirxana;

Sumqayıt şəhərində Əliyev Novruz Valeh oğluna və Bayramova Süsən İslam qızına məxsus ərzaq mağazaları;

Quba rayonunda Həmzəliyev Elçin Mehrəli oğluna, Səlimov Abdul Cəfər oğluna, Həsənov Elşad Ağarza oğluna və Aslanov Qurban Şirin oğluna məxsus ərzaq mağazaları;

Xaçmaz rayonunda Əhmədov Sevdiyar Şahmal oğluna məxsus market, Qasımov Valeh Fizuli oğluna məxsus ərzaq mağazası (fəaliyyəti məhdudlaşdırılıb);

İsmayıllı rayonunda “Ucuz”, “Oba” market, Cavadov Çingiz Cumu oğluna, Cavadov Ruhin Ələsgər oğluna, Adıgözəlov Səməd Aydın oğluna, Xəlilov Eltay Alverdi oğluna, Kərimov Fariz Bəybala oğluna məxsus ərzaq mağazaları, “Dostluq”, “Mican”, “Bənövşə” kafesi, Mustafayev Adəm Bahadur oğluna məxsus kafe, “Xəyal” restoranı;

Şamaxı rayonunda “Anar”, “Şamaxı”, “Savalan”, “Sərin sahil”, “Bənövşə” restoranları, “Novruz”, “Cənnət məkan” yeməkxanası, “Göylər” kafesi;

Neftçala rayonunda, Əmirova Aynurə Saleh qızına, Məhərrəmli Ağababa Sakit oğluna, Mirələkbərli Əzizə Süleyman qızına, Həsənli Namiq Zülfalı oğluna məxsus ərzaq mağazaları;

Şirvan şəhərində Sadıqov Ayət Məhərrəm oğluna məxsus ərzaq mağazası;

Tərtər rayonunda “Eltun”, “Sizin”, Nəzərov Nəzər Pənah oğluna, Ağayev Qəzənfər Müzəffər oğluna məxsus marketlər, Zeynalov Surxay Bəylər oğluna, İbrahimova Sayalı Bəkir qızına, Nəbiyeva Vəfa Əsəd qızına məxsus kafelər, “Ana və uşaq”, “Xanbağı” kafeləri;

Masallı rayonunda Bağırov İlqar Qulam oğluna məxsus market;

Cəlilabad rayonunda İsayev Fizuli Xanbaba oğluna məxsus market;

Balakən rayonunda Atayeva Cavharat Ramazan oğluna məxsus “Nar” market, Pucaxov Vüsal Rasim oğluna məxsus ərzaq mağazası;

Oğuz rayonunda Lətifov Sərdar Zahir oğluna məxsus kafe;

Qəbələ rayonunda Yusifov Mahir Əlövsət oğluna və Ömərov Məzahir Şakir oğluna məxsus kafelər;

Zaqatala rayonunda Şirinova Kəmalə Adil qızına və Nəzirli Azad İsmət oğluna məxsus ərzaq mağazaları;

Gəncə şəhərində “Daş körpü”, “Əli”, “Ren”, “Şöhrət”, “Rəssiya” marketlər və Tağıyev Məzahir Bayram oğluna məxsus ərzaq mağazası;

Tovuz rayonunda “Zirvə” və “Murad” restoranları;

Beyləqan rayonunda “Sevinc”, “Ucuz”, “Qold”, “Emin”, “Davud”, “Əla” marketlər;

Ucar rayonunda Həsənov Qurbanəli Cəfər oğluna məxsus kafe, “Uğur” və “Yay” kafeləri.

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.