Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Agentlikdən verilən məlumata görə, AQTA əməkdaşları tərəfindən 12 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 41-i ictimai iaşə obyekti, 153-ü ərzaq satışı mağazası olmaqla, ümumilikdə 194 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 76-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Grandmart” (Nəsimi rayonu), “Speed One Enter” MMC-yə məxsus ərzaq mağazası, “Nihat”, “77 market”, “Best mart”, “Bizim”, “Sev al”, “Səba”, “Amin” marketləri, Ələsgərov Adil Kamal oğluna, İbrahimov Akif İbrahim oğluna, Cəfərov Elgün Elşad oğluna, Mirzəyev Vasif Nazir oğluna məxsus ərzaq mağazaları;
Digər şəhər və rayonlar üzrə:
Qobustan rayonunda Zaidov Vahid Əvəz oğluna məxsus kafe və Axundov Qabil Nuru oğluna məxsus “Dostlar” kafesi;
Quba rayonunda Kərimli Mahmud Seyran oğluna, Xəlilov Toğrul Ağalar oğluna, Rzayev Xoşbəxt Zeynalabdin oğluna və Manafov Qədim Cahangir oğluna məxsus kafelər;
Salyan rayonunda Əliyev Natiq Absalam oğluna və Abberin Çingiz Abbasqulu oğluna məxsus ərzaq mağazaları;
Ağsu rayonunda Məmmədov Əli Gülməmməd oğluna məxsus kafe (fəaliyyəti məhdudlaşdırılıb);
Şamaxı rayonunda “Farel”, “Məlhəm”, “Çənlibel”, “Sənan”, “Xan”, “Zümrüd”, “Avtovağzal” kafeləri, Hüseynov Rauf Nurəddin oğluna, Hüseynov Rafiq Kamal oğluna, Eyyubov Anar Məhəmməd oğluna məxsus kafelər, İsmayıllı Yılmaz İslam oğluna və Əliyev Röyal Ədalət oğluna məxsus ərzaq mağazaları;
Kürdəmir rayonunda Sərdarov Əflatun Sərdar oğluna, Səfərov Adil Nazim oğluna məxsus market, Bəşirov Niyazi Bircəxan oğluna məxsus kafe;
Göyçay rayonunda Yəhyazadə İdrak Vaqif oğluna, Cəbrayılov Elçin Fizuli oğluna məxsus marketlər, Salmanov Cümşüd Behbud oğluna, Şirinov Fuad Güloğlan oğluna, Qədimov Elnur Ağaməmməd oğluna, Həmidov Adil Oqtay oğluna, Xəlilov Rəfael Rəsul oğluna məxsus kafelər, Yusubov Tahir Məhəmməd oğluna, Şirinov Elşad Ədalət oğluna, Qasımov Elnur Natiq oğluna, Həşimov Elnur Oqtay oğluna, Kazımov Seyidməmməd Mirəli oğluna, Əliyev İlqar Murtuz oğluna, Mütəllimov Ceyhun İbrahim oğluna məxsus ərzaq mağazaları və Süleymanov Pünhan İlham oğluna məxsus “Şəki şirniyyat” mağazası;
Lənkəran rayonu, Şürük kəndində Mahmudov Şahmar Mirnazim oğluna məxsus “Ballı” market;
Astara rayonunda Süleymanov Rövşən Rakif oğluna məxsus market;
Bərdə rayonunda Şükürov Heydər Sabir oğluna, Mürsəlov Azər Əziz oğluna, İbişov İlqar Kamal oğluna, Zülfüzadə Rüfət Rəhman oğluna, Mehdizadə Cavid Qırımxan oğluna, Qurbanov İlqar Kərim oğluna, Məmmədov Mehman Vahid oğluna məxsus ərzaq mağazaları;
Gəncə şəhərində “Oba” (N.Nərimanov, 50A), “Orxan”, “Oba” (Gülüstan yaşayış massivi), “Delfin”, “Panda”, “Sevimli dad” marketləri və Quliyeva Nərminə Qasım qızına, Nağıyev Məhəmməd Cəbrayıl oğluna məxsus ərzaq mağazaları;
Gədəbəy rayonunda “Qorxmaz”, “Əkbər”, “Meh”, “Aşağı Narzan”, “Nuşican”, “Eldorado” və “Ləzzət” kafeləri.
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.