Aqil Abbas etiraz etdi, spiker tapşırıq verdi

Aqil Abbas etiraz etdi, spiker tapşırıq verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin iclasında deputat Aqil Abbas xüsusi karantin rejimi dövründə deputat köməkçilərinə hərəkət üçün icazə verilmədiyindən şikayətlənib.

DiasporPress.az xəbər verir ki, A.Abbas polislərin deputat köməkçilərini saxladığını və onlara icazələrinin olmamasını diqqətə çatdırdığını bildirib.

A.Abbas söyləyib ki, köməkçilərinə icazə verilməməsi deputatların işlərini artırıb.

“Deputat köməkçiləri bizim sağ əlimizdir. İndi onlara icazə verilmir, işlərimiz də tökülüb qalıb”, – deyə A.Abbas əlavə edib.

Milli Məclis sədri Sahibə Qafarova isə iclasda problemin həlli üçün parlament Aparatının rəhbəri Səfa Mirzəyevə tapşırıq verib.

 

DiasporPress.az