Rusiyanın Moskva vilayətinin Dedovsk şəhərində qadın xüsusi amansızlıqla qətlə yetirilib.
REN TV-nin xəbərinə görə, 48 yaşlı qadını tələbə oğlu bıçaqlayıb.
O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Tələbə oğul anasına 100 bıçaq zərbəsi vurub. Dindirilmə zamanı təqsirləndirilən özünü qəribə apararaq şeytan barəsində ifadələr işlədib. Onun qətli narkotik maddənin təsiri altında törətdiyi təxmin edilir.
Faktla bağlı araşdırma başlayıb.
DiasporPress.az