“Anam dünən müalicə aldığı Bakı Sağlamlıq Mərkəzindən evə buraxılıb. Hazırda vəziyyəti yaxşıdır”.
Bunu DiasporPress.az-a bir müddət əvvəl anası koronavirusa yoluxan həmkarımız, ATV telekanalının aparıcısı Pərvin Əsgərli deyib.
Onun sözlərinə görə, anasının vəziyyəti normaldır və özünü rahat hiss edir:
“Ötən gün xəstəxanadan evə buraxıldı. Artıq evdə yüngül müalicəsi davam etdirilir. Çox şükür, özünü yaxşı hiss edir. Bir az halsızlığı var. Amma həkimlər bunun ola biləcəyini deyir. Təxminən bir ay ərzində orqanizm özünü topladıqdan sonra bu halsızlıq da keçib gedəcək.
Bir daha Bakı Sağlamlıq Mərkəzinin bütün rəhbərliyinə, koronavirus xəstələrinə baxan, onları sağlamlıqlarına qovuşduran bütün həkimlərə təşəkkür edirəm”.