Avropada İtaliyadan sonra Almaniya və Fransa koronavirusa yoluxmuş şəxslərin sayına görə liderliyi saxlayırlar.
Robert Kox İnstitutunun statistikasına görə, Almaniya ərazisində cümə gününə 639 nəfər xəstələnib.
Almaniyanın regionları arasında Şimali Reyn – Vestfaliya (329 nəfər) və Bavariyada (117 nəfər) virusa yoluxanların sayı daha çoxdur.
Bildirilir ki, Saksoniya-Anhalt AFR-nın epidemiyanın yayılmadığı yeganə regionu olaraq qalıb.
Bununla yanaşı, Fransa hökuməti artıq 613 yoluxma hadisəsi barədə məlumat verir.
DiasporPress.az