Alimlər xəbərdarlıq edir: Koronavirusdan sağaldıqdan sonra anticisimlər yoxa çıxa bilər

Alimlər xəbərdarlıq edir: Koronavirusdan sağaldıqdan sonra anticisimlər yoxa çıxa bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ola bilsin ki, insanlarda koronavirusa qarşı anticisim heç vaxt hasil olunmasın, çünki bəzi hallarda xəstə sağalandan sonra onlar yox olur.

“South China Morning Post” qəzetinin məlumatına görə, bu barədə amerikalı və çinli alimlər xəbərdarlıq ediblər.

Mütəxəssislər koronavirusun ocağına çevrilən Uhanda çalışan tibb işçilərində immunitetin yaranmasını öyrənərkən bu nəticəyə gəliblər. Xəstəliyin başlanğıc mərhələsində həkimlər yoluxmuş xəstələrlə birbaşa əlaqədə olmuşdular.

Tədqiq olunan 23 min həkimin ən azı dörddə biri koronavirusa yoluxa biləcəyi ortaya çıxıb, lakin yalnız dörd faizində anticisimlər tapılmışdı.

Araşdırmanın yekunlarında bildirilir insanlarda çətin ki, bu virusa qarşı uzunmüddətli anticisim yarana bilsin.

Bundan əlavə, tədqiq olunan xəstələrin 10 faizindən çoxunun sağaldıqdan sonra bir ay ərzində bədənindən anticismlərin yoxa çıxa biləcəyi məlum olub.

 

DiasporPress.az