Ölkə

Ali və orta ixtisas təhsil müəssisələrində yaz imtahan sessiyası başladı

Ali və orta ixtisas təhsil müəssisələrində yaz imtahan sessiyası başladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 8-də ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr üçün yaz imtahan sessiyasına start verilib.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, imtahanlar COVID-19 pandemiyası ilə əlaqədar onlayn şəkildə təşkil olunub.

Yaz imtahan sessiyasına özünü hazır hiss etməyən tələbələr iştirakdan imtina edə bilərlər. Bu tələbələr üçün avqust-sentyabr aylarında ödənişsiz şəkildə icmal mühazirələr təşkil olunacaq (bunun üçün tələbələr təhsil aldıqları təhsil müəssisəsinə müraciət etməlidir). Tələbə təhsil aldığı müəssisəyə müraciət edərək, təşkil olunan dörd həftəlik məsləhət saatlarına qatıla bilər.

Məsləhət saatlarında əsas mövzular üzrə istiqamətlər veriləcək. Avqustun sonundan etibarən sentyabrın 15-dək bu tələbələr üçün yenidən imtahanda iştirak şansı yaradılacaq.

Həmçinin, buraxılış ilində tədris alan 40 mindən artıq tələbə dövlət imtahanından azad edilib (əvvəlki akademik göstəriciləri əsas götürülməklə).

Qeyd edək ki, bu yaz imtahan sessiyasının ədalətli və mövcud şəraitin hamı üçün yaratdığı çətinlikləri nəzərə almaqla keçirilməsinə, şikayətlərin operativ şəkildə baxılıb həll edilməsinə Təhsil Nazirliyi bilavasitə nəzarət edəcək.

 

DiasporPress.az