Çin Xalq Respublikasının Uhan şəhərindən başlayaraq dünyanın 30-a yaxın ölkəsində yayılmış koronavirusla bağlı Azərbaycanda da maarifləndirici tədbirlər gücləndirilib.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatının bir həftədir start verdiyi koronavirusla bağlı ictimai maarifləndirmə kampaniyası uğurla davam edir. Layihə çərçivəsində ictimayyətə COVİD-19 nədir, bu virusun yoluxma yolları, törədicisi, simptomları, virusa qarşı həyata keçirilən profilaktik tədbirlər, xəstəliyin müalicəsi, onun yayılmasının qarşısının alınması və sosial təcridin əhəmiyyəti haqqında marifləndirmə xarakterli video çarxlar təqdim edilir. “Evdə qal, Həyat xilas et!” devizi ilə ərsəyə gələn roliklər 3 dildə – Azərbaycan, Rus və İngilis dillərində nümayiş olunur. AGAT tərəfindən reallaşdırılan aksiya xüsusi karantin rejimi bitənədək davam etdiriləcək.
Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 1197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 351 nəfəri müalicə olunaraq sağalmış, 13 nəfər vəfat etmiş, 833 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 28 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
DiasporPress.az