Afrikanın cənubunda yerləşən Zimbabvedə malyariyadan 152 nəfər ölüb.
“HaberGlobal” məlumat verir ki, ölkədə 170 303 malyariyaya yoluxma faktı var.
Zimbabvenin səhiyyə naziri dünyanın koronavirusla mübarizə apardığı bir vaxtda onların da malyariya xəstəliyi ilə qarşılaşdığını deyib.
Ölkədə malyariyanın yağışların ən bol olduğu oktyabr-aprel aylarında daha çox yayıldığı qeyd edilir.
DiasporPress.az