Ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək “Keşlə” transfer siyasətində aktivliyini qorumaqda davam edir.
Oxu.Az-ın xəbərinə görə, Bakı klubu daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb.
Söhbət Syerra Leonedən olan yarımmüdafiəçi Con Kamaradan gedir. 32 yaşlı futbolçunun başa çatan müqaviləsi yenilənib.
Bu barədə futbolçunun meneceri Polad Nəbizadə paylaşım edib.
Qeyd edək ki, “Keşlə” daha əvvəl “Neftçi”dən Tural Axundov və “Sumqayıt”dan Şəhriyar Əliyevlə anlaşıb, Ruslan Əmircanov, Azər Salahlı, Tərlan Quliyev, Vüsal İsgəndərli və monteneqrolu Miyuşko Boyoviçlə müqavilə müddətini uzadıb.
Komandanı Cabir Əmirli, Ruslan Qurbanov və kapitanı Slavik Alxasov tərk edib.