Ölkə

Adil Əliyev Neft Fondunun Müşahidə Şurasına üzv təyin edilib

Adil Əliyev Neft Fondunun Müşahidə Şurasına üzv təyin edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasında Milli Məclisi təmsil edəcək üzv kimi Milli Məclisin Sədr müavini Adil Əliyev təyin edilib.

Bu barədə Fonddan bildirilib.

Adil Əliyev 2005-2020-ci illər üzrə Milli Məclisin III, IV, V və VI çağırış deputatıdır və 10 mart 2020-ci ildə Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri seçilib. Milli Məclisin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin rəhbəri, Azərbaycan-Qazaxıstan parlamentlərarası dostluq qrupunun rəhbəridir. 2009-cu ildən Müstəqil Dövlətlər Birliyinin Müdafiə və Təhlükəsizlik Komitəsinin Sədr müavinidir. Daha öncələr Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2019-cu il Sərəncamına əsasən ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.

Sərəncama əsasən, ARDNF-nin yeni tərkibinə Baş Nazir, Milli Məclis sədrinin müavini, Azərbaycan Prezidentinin köməkçisi – Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi – Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Maliyyə naziri, İqtisadiyyat naziri və Mərkəzi Bankın sədri daxildir.

 

DiasporPress.az