ABŞ Xarici İşlər Nazirliyi Suriyada elan edilən atəşkəslə bağlı açıqlama yayıb.
“İhlas Haber Agentliyi”nin (İHA) məlumatına görə, açıqlamada atəşkəsin bölgədə olan təhlükəli vəziyyətin aradan qaldırılmasında ümid yaratdığı bildirilib.
“İdlibdə Türkiyə-Rusiya atəşkəsini dəstəkləyirik. ABŞ bu yeniliyin detallarını NATO müttəfiqi Türkiyə ilə müzakirə etməyi səbirsizliklə gözləyir.
Artıq əhəmiyyətli olan Suriya hökuməti və dəstəkçilərinin atəşkəsə əməl edib-etmədiyini göstərən addımlardır”.
DiasporPress.az