ABŞ Senatı uyğur türklərinə görə Çinə qarşı sanksiya layihəsini qəbul etdi

ABŞ Senatı uyğur türklərinə görə Çinə qarşı sanksiya layihəsini qəbul etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Senatı Çinin Sincan Uyğur Muxtar Bölgəsindəki uyğur türklərinə qarşı təzyiq siyasətinə görə, bu ölkənin rəsmilərinə sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Respublikaçı senator Marko Rubionun təşəbbüsü ilə Senata təqdim olunan qanun layihəsi səs çoxluğu ilə qəbul edilib.

Qanun layihəsində Donald Tramp administrasiyasına uyğur türklərinə və digər müsəlman azlıqlara təzyiq və şiddətə görə, məsuliyyət daşıyan bəzi çinli rəsmilərə sanksiya tətbiq edilməsinə çağırış edilir.

Bununla yanaşı, qanun layihəsində ABŞ Dövlət Departamentindən bölgədəki insan hüquqları pozuntuları ilə bağlı hesabatın hazırlanması tələb edilir.

 

DiasporPress.az