Mobil raket kompleksləri Rusiya Prezidenti Vladimir Putinin “mütləq” silahıdır.
Bu barədə ABŞ-ın “The National Interest” jurnalında şərhçi Kaleb Larson yazır.
“Belə nəqliyyat vasitələrinin üstünlüyü şaxta bazalı raketlərlə müqayisədə mobil olmalarındadır. Lakin onlar şaxta bazalı analoqlarına nisbətən daha az müdafiə olunublar”, – deyə müəllif bildirir.
Şərhçi Rusiyanın “Toçka”, “İsgəndər” və P-800 “Oniks” kimi komplekslərini xüsusi vurğulayır.
“Mobil qurğular Avropada münaqişə halında xüsusilə Kalininqrad tərəfdən olmaqla Baltik dənizinə çıxışı bağlamaq üçün istifadə edilə bilər”,-deyə müəllif yazır.
DiasporPress.az